Paytaxtın Suraxanı rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Bülbülə qəsəbəsində baş verib. Xırdalan şəhər sakini Ş.Zeynalova qəsəbədə yerləşən evlərin birindən pul və 2170 AZN dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.