Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Elşən Mehdizadə "Toyota Prius" markalı avtomobilini idarə edərkən yolu keçən Polad Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb.