Bakıda yol qəzası baş verib. Bu barədə BakuPlus.az sosial şəbəkələrə istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Böyükşor küçəsində “Mercedes” markalı avtomobillə digər minik maşını toqquşub.
Zərbənin təsirindən digər avtomobil iki hissəyə parçalanıb.
Hadisə yerində xəsarət alanlar var. Onların dəqiq səyı barədə məlumat yoxdur.