Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Rayonun Böyükşor şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması üçün işlər görülür.