Bakının Nizami rayonu, Babək prospektində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 3 fevral tarixində APA məlumat verib.
57 yaşlı Məzahir Ələkbərov yolu keçərkən onu avtomobil vurub. Kişi ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.