Xətai rayonunda avtomobil dirəyi aşırıb. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Babək prospektində baş verib. “Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı işıq dirəyinə çarpılaraq onu aşırıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalara başlanılıb.
[caption id="attachment_109338" align="alignnone" width="640"]
Foto APA[/caption]