Bakının Xətai rayonu, Babək prospektində avtomobil yanıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Mercedes” markalı avtomobil hərəkətdə olan zaman, onun mühərrik hissəsində qəfil alışma olub. Nəticədə avtomobilin salonu tamamilə yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.