Paytaxtın Nizami rayonunun Babək prospektində dava zamanı bir nəfər bıçaqla yaralanıb. Bu haqda bu gün, 10 aprel tarixində APA-ya istinadən Bakuplus.az məlumat verir.
"Qarabağlar" restoranından çıxan 31 yaşlı Vüsal Nağıyev üç nəfər tərəfindən döyülüb və dava zamanı ona bir neçə bıçaq zərbəsi endirilib.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.