Nizami rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Babək prospektindəki körpüdə baş verib. “Kia” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman eyni istiqamətdə gedən “Chevrolet” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə “Kia” körpünün səddinə dəyərək dayanıb. Ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
[caption id="attachment_106352" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]