Paytaxtın Nizami rayonu, Babək prospekti, “Monte Karlo” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az xəbər verir.
“Opel” markalı avtomobil prospekt boyunca hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarında dayanan avtosalonun satışda olan “Lexus” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə hər 2 avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırmaya başlanılıb.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/03/video3.mp4"][/video]