Paytaxtın Nizami rayonu, Babək prospektində ölümlə nəticələnən qəza baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini N.Həsənov adıçəkilən ərazidə yolu keçən zaman A.İsayev “Mercedes” markalı avtomobillə onu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.