Bakının Xətai rayonu, Babək prospektində yerləşən supermarketlərin birində ölüm hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Şəxsiyyəti müəyyən olmayan yaşlı kişi marketin içərisində qəfil ölüb. Onun nədən öldüyü məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Təqdim olunan fotodan hadisənin “Bravo” marketində baş verdiyini görmək mümkündür.