Bakının Nizami rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Hadisə Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində qeydə alınıb. Nəticədə mərkəz istiqamətində sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.