Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən tədbirlər nəticəsində 4 nəfər saxlanılıb. Ümumilikdə 1 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə dövriyyədən çıxarılıb.
Ümumiyyətlə, cari ay ərzində Səbail rayonu ərazisində 20 nəfər narkotacir tutulub.
Faktlarla bağlı araşdırmalar davam edir.