Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu haqda 8 oktyabr tarixində Report məlumat verib.
Badamdar qəsəbəsində 48 yaşlı Söhrab Əliyevi yolu keçən zaman avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.