Səbail rayonunda avtobusda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 25 dekabr tarixində AZƏRTAC xəbər verib.
Badamdar qəsəbəsində avtobusda Bakı şəhər sakini A.Şıxıyeva qarət olunub. Onun çantasından 470 manat məbləğində pul oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini R.Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.