Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yük maşınından oğurluq edilib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Məmmədov adıçəkilən qəsəbə ərazisində dayanan “KamAZ” markalı nəqliyyat vasitəsindən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinərək tutulub.
Onun barəsində araşdırmalar davam edir.