Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində mağazadan oğurluq edilib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev Badamdar qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 417 AZN pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.