Səbail rayonunda mağazanı qarət edən şəxs saxlanılıb. Bu haqda 26 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Badamdar qəsəbəsi ərazisindəki marketlərin birindən Bakı şəhər sakini G.Vəliyevanın içərisində 100 manat, sənəd və bank kartı olan pulqabısı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qax rayon sakini E.Nurməmmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.