Badamdar qəsəbəsində sürüşmə baş vermiş yolunda avtomobillərin hərəkəti bərpa olunub. Bu haqda APA DYP-yə istinadən bu gün, 13 dekabr tarixində məlumat verib.
Bir ilə yaxın sürüşmə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılmışdır.
Hazırda yolun bu hissəsində yük və ağır avtomobillərin hərəkətinə icazə verilmir. Əsas məqsəd bu ərazidə yaşayan insanların rahat hərəkətini təmin etməkdir. İşlər yekunlaşdıqdan sonra yolun tam istismarı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.