Yasamal rayonu, Badamdar şosesində avtoqəza baş verib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən ərazidə “Honda” və “Mercedes” markalı minik avtomobilləri toqquşub, daha sonra “Honda” yolayrıcındakı işıq dirəyinə çarpılıb. Nəticədə dirək yerindən qopub, yol infrastrukturuna ziyan dəyib. 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam edir.