Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az məlumat verir.
“KİA”, “Toyota” və “Renault” markalı maşınlar piyada keçidinin yaxınlığında avtomobillərdən birinin qəfil əyləcə basması nəticəsində toqquşub. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ərazidə müvəqqəti sıxlıq müşahidə olunub.
[URIS id=50644]