Bakının Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunublar.
Xilasetmə əməliyyatı sayəsində 31 yaşlı Sədi Cəfərov sudan çıxarılaraq xilas edilib.