14 noyabr tarixində axşam saatlarında Dənizkənarı Milli Parkın yaxınlığında batan şəxs xilas olunub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qurumun qaynar xəttinə xilasetmə bazasından təxminən 2 km aralıda açıq dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.
FHN əməkdaşları dərhal hadisə yerinə cəb olunaraq insanı xilas ediblər.