Xəzər dənizində gənc oğlan boğulub. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Bakı Dövlət Universitenin mətbuat xidmətinə istinadən xəbər verir.
Mərhumun BDU-nun Fizika fakültəsinin 4-cü kurs tələbəsi Dəyanət Muradlı olduğu məlum olub.
Dəyanət Muradlı Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Onun atası kənd təsərrüfatı ilə məşğuldur, anası isə tibb məntəqəsində çalışır. Ailədə bir qardaş, bir bacı olublar.