Paytaxtda fermadan oğurluq edilib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Türkan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki həyətdən və bir fermadan ümumilikdə 75 baş qoyun və 30 baş keçinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 53 yaşlı E.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.