Bakı şəhəri ərazisində ölkəyə qanunsuz salınan pirotexniki vasitələr aşkarlanıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat nəticəsində 2 nəfər saxlanılıb. Ümumilikdə 1246 ədəd yüksək səs effektləri ilə təchiz olunan pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Qurum xəbərdarlıq edir ki, bu kimi vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.