Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən 15 mart tarixində xəbər verir.
Paytaxtın Səbail rayonunda yolu keçmək istəyən 12 yaşlı Sübhan Astanlını avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.