Bakıda intihar hadisəsi baş verib. Hadisə Qaradağ rayonunda qeydə alınıb. Bu haqda Report 15 oktyabr tarixində xəbər verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
12:17 Yenilənib
Qafqazinfo -nun verdiyi məlumata əsasən intihar edən yeniyetmə qız nişanlı olub.
Qarşıdakı günlərdə onun toyu olacaqmış. Lakin bəlli olmayan səbəblərdən toy gününün tarixi dəyişdirilmişdir.
İlkin ehtimala görə, 16 yaşlı qız məhz bu səbəbdən başlanan mübahisə nəticəsində özünü ataraq intihar edib.
Araşdırmalar davam edir.