Bakıda gənc oğlan bıçaqlanıb. Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Bu haqda Report 10 dekabr tarixində xəbər verib.
18 yaşlı Ümid Cavadov Nizami küçəsində yerləşən Xaqani bağında mübahisə zəminində bıçaqlanıb.
Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralının ayaq nahiyələrində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatları araşdırılır.