Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində, Hövsan Südçülük Sovxozu adlanan ərazidə yaşayan 19 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 30 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.
Fidan Məmmədova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
O, arıq bədən quruluşludur, boyu 160 santimetrdir. Gözləri şabalıdı, saçları isə uzun və qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində çəhrayı köynək, qara rəngli cins şalvar və ağ idman ayaqqabısı olub.
"Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə: