Nəsimi və Binəqədi rayonlarında avtomobillərə zərər vurulub. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
20 Yanvar küçəsində yerləşən “Mercedes” markalı avtomobilin alın şüşəsinə yad cisimlə zədə vurulub. Analoji zədə Binəqədi rayonunun Adil Məmmədov küçəsində dayanan “Kia” markalı avtomobildə qeydə alınıb.
Ərazilərə polis əməkdaşları cəlb olunublar. Faktlarla bağlı araşdırma aparılır.
[caption id="attachment_118377" align="alignnone" width="640"]
Foto APA.az[/caption]