Paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Report.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 19 yaşlı Jalə Məmmədlini və eyni yaşda olan rəfiqəsi Diana Nuriyevanı vurub.
Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onlara bədənin və baş nahiyələrinin çoxsaylı əziklər diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.