Səbail və Xətai rayonlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-a istinadən Səbail rayonunda 27 yaşlı Sərxan Xudiyev yolu keçən zaman avtomobil tərəfindən vurulub. Yaralı bədənin müştərək travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Report-un verdiyi məlumata əsasən, Xətai rayonunda daha bir piyadanı yolu keçərkən avtomobil vurub. 43 yaşlı Nərgiz İsayeva qapalı-kəllə beyin travması və baş-beynin əziyi diaqnozları ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hər iki faktla bağlı araşdırma davam edir.