Bakıda 20 yaşlı qız yenidən itkin düşüb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 20 yaşlı Əfsanə İsmayılova yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara.
Gənc qızı görənlər 055 211 81 74, 051 571 03 11, 050 257 55 55, 012 590 72 03 və 012 456 03 02 nömərələri ilə əlaqə saxlaya bilərlər.
Ə.İsmayılova bir neçə ay əvvəl də itkin düşmüşdü. Daha sonra o, tapılaraq ailəsinə təhvil verilmişdi.