Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 10 may tarixində xəbər verir.
Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yolu keçmək istəyən Ləman Rəhimlini avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.