Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Report.az-a istinadən xəbər verir.
21 yaşlı Elmar Bəşirov tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb. Zərərçəkmiş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun sağ baldır və bud nahiyəsində 2 ədəd bıçaq yarası aşkarlanıb. Bəşirov əməliyyat olunub.
Fakt araşdırılır.