Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 28 aprel tarixində Report məlumat verib.
Dava zamanı 21 yaşlı İkram Abbaszadə bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.