Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 24 noyabr tarixində APA məlumat verib.
21 yaşlı Yusif Hüseynzadə şəxsi münaqişə zəminində 36 yaşlı Xəyalə Hüseynovaya 3 bıçaq zərbəsi vurub. Hüseynovanın onun bibisi olduğu bildirilir.
Yaralı qadın xəstəxanaya çatdırılıb, Hüseynzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.