Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində gənc oğlan intihara cəhd edib. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
21 yaşlı Əfsun Xudaverdiyev yaşadığı evdə özünü bıçaqlayıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.