Bakının Səbail rayonunda 22 yaşlı motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 mart tarixində Report məlumat verib.
Motosikleti idarə edən Nurlan Əsədli avtomobillə toqquşub. Zərərçəkmiş müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.