Bakıda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bu haqda 11 oktyabr APA xəbər verib.
Ramana qəsəbə sakini Mahir Məmmədov yaşadığı binanın mansardında iş görərkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub.
Hadisə nəticəsində Məmmədov yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.