Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 aprel tarixində Report məlumat verib.
Motosiklet idarə edən 26 yaşlı Rasim Trequlev hərəkətdə olarkən avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.