Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
27 yaşlı Hüseyn İmranov nərdivandan yıxılaraq, ağır xəsarət alıb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.