Bakının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 28 yaşlı gənc itkin düşüb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Yerli sakin Ceyhun Əlizadə iyulun 25-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə müraciət edilib. Onun axtarışı üzrə tədbirlər davam edir.