Bakının Sabunçu rayonunda 3 azyaşlı qardaş yol qəzasında xəsarət alıb. Bu barədə BakuPlus.az Report-a istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 6 yaşlı Ramiz, 4 yaşlı Raul və 3 yaşlı Renat Yadigarov qardaşları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.