Bakıda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat nəticəsində 3 nəfər saxlanılıb, ümumilikdə 73 kiloqram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 1500 ədəd “Metadon” həbi aşkarlanıb.
Şübhəli şəxslərin narkotikləri Rza adlı İran vətəndaşından onlayn yolla aldıqları və Qaradağ rayonunda yolun kənarından götürdükləri məlum olub.
Faktla bağlı cinayət işi açılıb.