Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az BAKU.WS-ə istinadən xəbər verir.
Hadisə ötən gecə “Koroğlu” metro stansiyası yaxınlığında qeydə alınıb. Burada 3 nəqliyyat vasitəsi toqquşub, onlardan 2-si "Toyota Prius" markalı avtomobil, biri isə "Toyota Prado" markalı avtomobil olub.
Hava limanı istiqamətinə hərəkət edən maşın zərbə nəticəsində əks yola çıxıb. Qəzada ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.