Bakının Xətai rayonunda 30.000 manat dəyərində oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Cəlilabad rayon sakini Nizaməddin Ağayev tutulub. Hadisə araşdırılır.