Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 16 aprel tarixində xəbər verir.
Paytaxtın Xətai rayonunda yolu keçmək istəyən 30 yaşlı Elnar Məmmədbəylini avtomobil vurub.
Xəstəxanaya çatdırılan yaralıya sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.